Kamran Əliyev: "Bəzi yerlərdə postlar yığışdırılsa da..."


Sərtləşdirilmiş karantin rejimi və SMS icazənin qüvvədə qaldığı müddətdə postların yığışdırılması əksəriyyətə qaranlıq qalıb. Görəsən, polis postlarının karantin bitməmiş yığışdırılması nə ilə əlaqədardır?
Bu suala Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev aydınlıq gətirib. Onun sözlərinə görə, postlar yığışdırılsa da, sürücülərin icazə alıb evlərini tərk etmələrinə nəzarət davam edəcək: "Vətəndaşlar Bakıda postların ləğv edilməsini bəhanə gətirərək karantin rejimini pozmamalıdır. Bəzi yerlərdə postlar yığışdırılsa da, insanların SMS icazə almalarına digər postlar və marşrut postlarında nəzarət ediləcək. Hətta yol patrul xidmətinin əməkdaşları səyyar qaydada avtomobilləri saxlayıb yoxlama keçirə bilər. Bu barədə cəmiyyətə daha ətraflı açıqlama veriləcək".(Lent.az)

DİGƏR XƏBƏRLƏR

Top