Növbəti 6 ay Avropa İttifaqına bu ölkə sədrlik edəcək


Almaniya, növbəti 6 ay müddətində Avropa İttifaqına sədrlik edəcək. 
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, Xorvatiya, Avropa İttifaqının rəyasət heyətinə rəhbərliyi 31 dekabr tarixinə kimi Almaniyaya ötürüb. 
Almaniya ittifaqa "Avropanı birlikdə gücləndirin!" şüarı ilə rəhbərlik edəcək. Əsas məsələlərdən biri yeni növ koronavirusun (Covid-19) sağlamlığa, iqtisadiyyata və sosial həyata vurduğu zərərlə mübarizə olacaq. Almaniya hökuməti rəsmi proqramında, Avropanın COVID-19 böhranından çıxması üçün bütün gücü ilə çalışacağını ifadə edib. İclasda, Avropa İttifaqının 2021-2027-ci illər üçün nəzərdə tutulmuş büdcəsinin müəyyən olunması, iqlimin qorunması, rəqəmsallaşma, qanunun aliliyi və Avropanın gələcəkdə dünyada tutacağı yeri müəyyənləşdirilməsi ilə yanaşı, İngiltərənin şuradan çıxması kimi məsələlər müzakirə olunub. Almaniyanın ittifaqa rəhbərlik edəcəyi dövrdə Aİ-Afrika və Aİ-Çin zirvələrinin keçirilməsi nəzərdə tutulur. Almaniyanın baş naziri Angela Merkel, ölkəsinin şuraya rəhbərlik edəcəyi dövrdə, onlardan yüksək gözləntilərin olduğunu bildirib. O, həmçinin bildirib ki, yaşanan böhrandan layiqli bir şəkildə çıxıb, Avropanı gələcəyə hazırlayaraq onlardan gözlənən məsələləri yerinə yetirmək istəyirlər.
Xatırladaq ki, Aİ-da 6 aydan bir dövr edən rəhbərlik, üzv ölkələr arasında alternativ olaraq dəyişir. Həmin vaxt ərzində şuraya rəhbərlik edən ölkə iclaslara başçılıq edir və şura üçün vacib olan prioritet məsələlərin müəyyənləşdirilməsini təmin edir. 1 yanvar 2021-ci ildən Portuqaliya, Aİ-na sədrlik edəcək.

DİGƏR XƏBƏRLƏR

Top