KİV: Ərdoğan Mübariz Mənsimovun ikinci Rza Zərrab olmasından qorxurdu – Həbsin TƏFƏRRÜATI


Türkiyədə həbs edilən azərbaycanlı iş adamı Mübariz Mənsimov haqqında yeni məlumatlar yayılıb.
Yeniavaz.com
xəbər verir ki, “Nordic Monitor” Mübariz Mənsimov və onun həbs prosesi barədə vacib məlumatlar yayımlayıb. Yazıda bildirilib ki, M. Mənsimovun həbsi prosesi mafiya lideri Lev Aslan Dermenin ABŞ-da saxlanılmasından sonra başladı. 500 milyon dollarlıq korrupsiya və vergidən yayınma maddəsi ilə keçirilən həmin məhkəmədə Lev Aslanla birlikdə amerikalı “Kingston” qardaşlar da həbs edilmişdi. Sonradan isə “Kingston” qardaşlarının Ərdoğan ailəsi ilə yaxın münasibətlərinin olduğu ortaya çıxmışdı.
Mübariz Mənsimov məhkəmə zamanı Lev Aslanla heç bir əlaqəsinin olmadığını bildirsə də, Dermenin oğlu Mənsimovun yalan dediyini və şirkətin ortaqlarından biri olduğunu bildirmişdi.
Yazıda həmçinin qeyd edilib ki, Türkiyə prezidenti Ərdoğanın Mübariz Mənsimovla bağlı bəzi qorxuları var idi. Belə ki, Ərdoğan Mənsimovun da iranlı iş adamı Rıza Zərrab kimi ABŞ-ın əlinə keçməsindən və onun əleyhinə məhkəmədə şahidlik etməsindən ehtiyat edirdi.
İsveç mərkəzli mətbuat orqanında yayımlanan məqalədə Putinin Ərdoğana bir neçə dəfə Mənsimovla bağlı xəbərdarlıq etməsi qeyd edilib. Belə ki, Rusiya prezidenti Ərdoğandan Mənsimovun “Lukoil”la bağlı şikayətini məhkəmədən geri çəkməsini istəyib.
“Nordic Monitor”da Türkiyə məhkəməsinin Mübariz Mənsimovla bağlı hazırladığı gizli sənədlər də yayımlanıb. Sənədlərdə narkotik ticarəti, insan qaçaqçılığı, qumar və sair kimi iddialar yer alıb.
Gizli sənədlərdə türkiyəli siyasətçi və təhlükəsizlik məsələləri üzrə ekspert Mehmet Ağar və millət vəkili oğlu Tolqa Ağarın M. Mənsimovla yaxın əlaqələri olduğu da qeyd edilib. Hətta, Mənsimovun həbs edilməsi və mülkünə həbs qoyulmasında Mehmet Ağarın böyük rolunun olduğu da iddia edilib.
Xatırladılıb ki, 2013-cü ildə Dəniz Baykal, Mehmet Ağar və Mübariz Mənsimovum gizli görüş keçirib. Hətta, Mehmet Ağar bu görüşün mətbuatda işıqlandırılmasından narahat olduğunu bildirmişdi.
“Nordic Monitor” yer alan məqalədə diqqət çəkən məqamlardan biri də Ərdoğanla Mübariz Mənsimovun bir-birinə yaxın münasibətləridir. Belə ki, Türkiyədə 2015-ci ildə dövlət çevrilişi zamanı Ərdoğanı Marmarisdən çıxarmaq üçün hazırlanan 4 təyyarədən birinin məhz Mənsimova aid olduğu qeyd edilib.






Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top