ABŞ koronavirusda istifadə edilən dərmanın 3 aylıq ehtiyatını satın aldı


ABŞ yeni növ koronavirusa qarşı istifadə edilən “Remdesivir” dərmanının 3 aylıq ehtiyatını satın alıb.
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, ABŞ bu addımla dünyanın bir çox ölkəsinin payına düşən dərman ehtiyatını da satın alıb. ABŞ-lı mütəxəssislər “Remdesivir”in koronavirusa qarşı müsbət təsir göstərdiyini və sağalma prosesini sürətləndirdiyini bildirmişdilər. Ümumdünya Səhiyyə Təşkilatı isə bu barədə açıqlama verərək həmin dərmanın COVİD-19-a qarşı istifadə edilə biləcəyini ancaq, xəstələrin sağalmasını sürətləndirdiyinə dair sübutlar kifayər qədər olmadığı söyləmişdi.

DİGƏR XƏBƏRLƏR

Top