Ağır xəstəlikdən əziyyət çəkən kapitan Məmməd Quliyev vəfat edib - FOTO - VİDEO

Ağır xəstəlikdən əziyyət çəkən kapitan Məmməd Quliyev vəfat edib.
Bu barədə Yeniavaz.com-a mərhumun xanımı Aytac Quliyeva məlumat verib. O bildirib ki, ötən gün dünyasını dəyişən kapitan  M. Quliyev bu gün Yasamal rayon ərazisində yerləşən "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb. A. Quliyeva mərhumun dəfn mərasimində ailə üzvləri ilə yanaşı Müdafiə Nazirliyinin əməkdaşlarının da iştirak etdiyini deyib.
Müdafə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Yeniavaz.com-a bu barədə məlumat verib. O bildirib ki, Müdafə Nazirliyinin rəhbərliyi kapitan Məmməd Quliyevin dəfni ilə bağlı göstəriş verilib:
“Müdafiə Nazirinin tapşırığına əsasən iyun ayının 12-dən ehtiyatda olan kapitan Məmməd Quliyev, Silahlı Qüvvələrin Baş Klinik Hospitalına müalicəyə götürülüb. Vəziyyəti ağır olduğundan, hərbi həkimlərin bütün səylərinə baxmayaraq o, dünyasını dəyişib. Dərhal Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən onun dəfni ilə bağlı göstəriş verilib. Dəfn mərasimi Müdafiə Nazirliyi tərəfindən təşkil olunub və həyata keçirilib. Onun dəfn mərasimi Müdafiə Nazirliyi rəhbərliyinin nəzarətində olub və  ailəsinə hərtərəfli yardım göstərilib. Müdafiə Nazirliyinin rəhbərliyi  rəhmətə gedənin ailəsinə dərin hüznlə başsağlığı verir, səbr diləyir”.
Qeyd edək ki, 2013-cü ildən ordu sıralarından təxris olunan Məmməd Quliyev bir  neçə xəstəlikdən əziyyət çəkirdi.
 

 

DİGƏR XƏBƏRLƏR

Top