Cənub qütbündəki buzlar əriməkdə davam edir - VİDEO


Cənub qütbündə hava temperaturunun artması buz örtüyünün sürətlə əriməsinə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, “Nature Climate Change” jurnalında nəşr olunan məlumatda sözügedən bölgədə istiliyin, digər yerlərə nisbətən 3 qat artıq olduğu vurğulanıb. Araşdırma Yeni Zelandiya alimləri  tərəfindən aparılıb. Onların sözlərinə görə cənub qütbündə istilik, 1989-2018-ci illər arasında təxminən 1,8 dərəcə yüksəlib. Bu da hər 10 il üçün təqribən 0,6 dərəcə artım deməkdir. Mütəxəssislər bu statistikanın son 30 ildə ən yüksək göstərici olduğunu bildirib.
Tədqiqatda bu temperatur artımının Antarktidadakı buz örtüyünün daha çox əriməsinə səbəb ola biləcəyi qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top