S-400 Türkiyənin əlindən alına bilər? – ABŞ-da yeni təklif müzakirə edilir


ABŞ-da Milli Müdafiə Səlahiyyətləri (National Defense Authorization Act ) qanununda Türkiyə ilə bağlı yeni dəyişiklik təklif edilib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, ABŞ-lı senator Con Tun ABŞ Milli Müdafiə Səlahiyyətləri qanununda satınalma ilə bağlı yeni təklif irəli sürüb. Qanunda dəyişiklik qəbul edildiyi təqdirdə ABŞ S-400-ü Türkiyədən satın almaq hüququna malik olacaq.
Bundan əlavə Senatın Xarici Əlaqələr Komitəsinin sədri Cim Riç isə Milli Müdafiə Səlahiyyətləri qanununa baş bir dəyişiklik təklif edib. Təklifdə Türkiyəyə qarşı sərt sanksiyaların tətbiqi nəzərdə tutulur. Mütəxəssislər qanunda bu cür dəyişikliklərin qəbul edilməyəcəyini bildirib ancaq, ABŞ-ın Türkiyənin Rusiyadan satın aldığı S-400-lə bağlı fikirləri hələlik dəyişməyib.
Qeyd edək ki, 2017-ci ildə Rusiya ilə Türkiyə arasında S-400 hava hücumundan müdafiə sistemlərinin satın alınması ilə bağlı 2,5 milyard dollarlıq müqavilə bağlanıb. 2019-cu ilin iyul ayından başlayaraq S-400-ün Türkiyəyə təhvil verilməsi prosesi başlayıb. Bu hadisə həm Avropa dövlətləri həm də ABŞ-ın etirazlarına səbəb olmuşdu. ABŞ bu günə qədər dəfələrlə S-400 hava hücumundan müdafiə sistemlərinin Türkiyədə aktiv hala gətirilməməsi istiqamətində addımlar atıb.
Xatırladaq ki, S-400 hava hücumundan müdafiə sistemləri 400 kilometr məsafədə, 30 kilometr hündürlükdə təyyarə, kruiz, ballistik raketləri o cümlədən quruda istifadə edilən digər silahları vurma qabiliyyətinə malikdir.

DİGƏR XƏBƏRLƏR

Top