ABŞ-da koronavirusla bağlı vəziyyət nəzarətdən çıxa bilər


ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzindən (CDC) koronavirus təhlükəsi bağlı açıqlama verilib.

Yeniavaz.com “CNN Türk”ə istinadən xəbər verir ki, CDC mütəxəssisi Anna Şuxat, COVID-19-un ABŞ-da sürətlə yayıldığı üçün vəziyyətin nəzarətdən çıxa biləcəyini açıqlayıb. O, “Amerika Təbiblər Birliyi” jurnalına verdiyi açıqlamada hazırkı vəziyyəti belə izah edib: "Hal-hazırda ölkə daxilində xeyli yoluxma var, bu fakt ruhdan salan haldır".
Anna Şuxat bunun sadəcə başlama mərhələsi olduğunu deyərək, ölkədə yay mövsümü ilə əlaqədar olaraq insanlarda dincəlmə şüurunun yüksək olduğunu, bu səbəbdən də insanlara peyvənd tapılana kimi özlərini rahatlığa alışdırmamağı, fiziki məsafəni qorumağı, maska taxmağı tövsiyyə edib.
Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top