Azərbaycanda şirkət direktoru axtarışa verildi


Azərbaycanda şirkət direktoru barəsində axtarış elan edilib.

Yeniavaz.com xəbər verir ki, axtarış barədə məlumat Bakı şəhər Baş Polis İdarəsinin saytında yerləşdirilib. 

Axtarış məlumatında qeyd olunub ki, Qarayev Ruslan Akif oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək barəsində məhkəmənin qərarı ilə həbsli axtarış elan edilib.

Qeyd edək ki, R. Qarayev “Baktel” MMC-nin direktoru olub.

Həmçinin o, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi, general Akif Çovdoruvun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb. 

DİGƏR XƏBƏRLƏR

Top