"Bakı Zooparkı"nda heyvanların “menyusu” – Diri at, eşşək, çörək, kəsmik, yumurta… - TAM SİYAHI


Bakı şəhər Heyvanat Parkında ("Bakı Zooparkı") saxlanılan heyvanları yemləmək üçün 171 min 530 manat vəsait xərclənəcək.
Yeniavaz.com xəbər verir ki, bu vəsait "Bakı Zooparkı"nın elan etdiyi tenderin qalibi olan fərdi sahibkarlar Məhi Məhiş oğlu Hüseynova (VÖEN-1803912792) və Nüsrət Mahal oğlu Xəlilova (VÖEN-1802223302) ödəniləcək.
Məhi Hüseynov "Bakı Zooparkı"ndan aldığı 52 min 580 manat qarşılığında “Meyvə-tərəvəz və dondurulmuş balıq”, Nüsrət Xəlilov isə 68 min 328 manat qarşılığında “Dənli bitkilər”  və 50 min 622 manat qarşılığında isə “Heyvanları yemləmək üçün diri heyvanlar” satacaq.
Məhi Hüseynov və Nüsrət Xəlilov "Bakı Zooparkı"ndan aldıqları 171 min 530 manat qarşılığında aşağıdakı məhsulları təqdim edəcəklər:
  Məhsulun adı Miqdarı
1 Meyvə-tərəvəz (yerkökü, kələm, alma, kartof, soğan, balqabaq,portağal) 35 250 kq
2 Quru meyvə (ərik,kişmiş,alma) 52 kq
3 Yumurta (toyuq) 500 ədəd
4 Kəsmik (dənəvər) 830 kq
5 Çörək (buğda) 5 200 ədəd
6 Balıq (dondurulmuş) 7 300 kq
7 Dənli bitkilər (buğda, kəpək, arpa, vələmir, darı, qarğıdalı, düyü, qarabaşaq) 62 400 kq
8 Ot kipi (yonca) 3 600 ədəd
9 Süpürgə (çöl süpürgəsi) 3 600 ədəd
10 At (diri) 40 ədəd
11 Eşşək (diri) 30 ədəd
12 Toyuq (diri) 500 ədəd
13 Dovşan (diri) 632 ədəd
14 Siçan (diri) 4 176 ədəd
15 Siçovul (diri) 2 940 ədəd
Onu da bildirək ki, Məhi Məhiş oğlu Hüseynov bu ilin əvvəlində də “Bakı Zooparkı"na heyvanları yemləmək üçün 157 min 421 manat dəyərində yem satıb.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top