Koronavirusa görə KT-dan hansı hallarda keçmək lazımdır? - Həkim AÇIQLADI

Covid-19 pandemiyası ilə əlaqədar ağciyərlərini kompüter tomoqrafiyası (KT) etdirən insanların sayı çoxalıb.

Koronavirus ən çox ağciyərlərə zərər vurur və bu da kompüter tomoqrafiyasında aydın görünür.

Ancaq məsələ burasındadır ki, özündə koronavirusun simptomlarını hiss etməyən insanlar belə bu müayinədən keçmək istəyirlər.

Yeniavaz.com xəbər verir ki, bu barədə həkim-radioloq Səyyarə Hüseynova Azərtac-a bildirib.

"Bəs, kimlər KT üçün müraciət etməlidir?" sualına S.Hüseynova belə cavab verib: 

"Heç bir simptomu olmayan şəxslər də kompüter tomoqrafiyasından keçmək istəyir. Məsləhət görərdim ki, əslində, heç bir şikayəti olmayan insanlar tələsməsinlər. Buna ehtiyac yoxdur. Bu, ancaq kəskin şikayətləri, temperaturu 38 dərəcədən yüksək olan, özündə nəfəs darlığı, öskürək hiss edən şəxslərə məsləhət görülür".

DİGƏR XƏBƏRLƏR

Top