Bakıda məşhur kafe sərt karantin günlərində fəaliyyət göstərirmiş - FOTO

Paytaxtın Səbail rayonunda sərtləşmiş xüsusi karantin rejimi qaydalarına zidd olaraq, qanunsuz fəaliyyət göstərən kafe aşkarlanıb.
Yeniavaz.com xəbər verir ki, Səbail RPİ İctimai Təhlükəsizlik şöbəsinin və Post Patrul Xidməti əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Üzeyir Hacıbəyov küçəsində “Marani-gürcü mətbəxi”nin icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.
Ümumilikdə 3 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, 200 manat cərimə olunublar.

DİGƏR XƏBƏRLƏR

Top