Çində hazırlanan COVID-19 peyvəndinin orduda istifadəsinə icazə verildi - “Ad5-nCoV”


Çində hazırlanan COVİD-19 testinin orduda istifadəsinə icazə verildi.
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, Çində hazırlanan “Ad5-nCoV” adlı peyvəndin orduda istifadəsinə icazə verilib. Peyvənd Çin ordusunun araşdırma qurumu “CanSino Biologics” tərəfindən hazırlanıb. Mütəxəssislər peyvəndin bəhs edilən xəstəlikdə təsirli olduğu üçün orduda istifadə edilməsinə icazə verildiyini ancaq kütləvi şəkildə yayılmasının hələlik qadağan olduğunu bildiriblər. Qeyd edək ki, “Ad5-nCoV” Çində insanlar üzərində sınağına icazə verilən 8 peyvənddən biridir.

DİGƏR XƏBƏRLƏR

Top