Azərbaycanda koronavirus xəstələrinin qablarının küçəyə atılması ilə bağlı AÇIQLAMA - YENİLƏNİB + VİDEO​


Cəlilabad Rayon İcra Hakimiyyəti koronavirusdan müalicə alanların yerləşdirildiyi Rayon Mərkəzi Xəstəxanasında insanların sağlamlığına təhlükə yaradacaq əşyaların küçəyə atılması ilə bağlı məsələyə münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova oxu.az-a açıqlamasında faktı təsdiq edib:
“Artıq əşyalar oradan götürülüb. O əşyaların daşınması və utilizasiyası Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) tapşırılıb. Onlara səlahiyyət verilib ki, əşyaları götürsünlər və yandırsın. Agentliyin əməkdaşları məsələyə bir az səhlənkar yanaşıb. Orada xəstə də çoxdur. Tibb işçilərin də istifadə etdiyi əşyalar yığılıb, paketlənib. O əşyalar qısa müddətə orda qalıb”.

***      17:13
Koronavirusdan müalicə alanların yerləşdirildiyi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında maraqlı hadisə baş verib.

Yeniavaz.com xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, xəstəxanada yemək verilməsi üçün nəzərdə tutulan qablar və əşyalar sollofan kisələrə yığılaraq həyətə boşaldılıb. Xəstəxana əməkdaşlarının hansı səbəbdən bu addımı atdığı dəqiq bilinmir.


 

DİGƏR XƏBƏRLƏR

Top