İran Trampı İnterpol vasitəsilə axtarışa verdi – SƏBƏB


İran ABŞ prezidenti Donald Trampı interpol xətti ilə axtarışa verib.
Yeniavaz.com
“Sputnik”ə istinadla xəbər verir ki, İran hökuməti general Qasım Süleymaninin öldürülməsində günahlandırılan 36 nəfəri interpol vasitəsilə axtarışa verib. Siyahının başında isə Donald Trampın adı qeyd edilib. İran məhkəməsi tərəfindən təqsirli bilinən həmin şəxslər ölüm cəzası ilə ittiham edilir. Tehranın Baş prokuroru Əli Alqasi bildirib ki, Tramp prezidentlik vəzifəsi bitdikdən sonra da mühakimə edilə bilər.
Qeyd edək ki, iranlı general Qasım Süleymani yanvar ayının 3-də İraqda ABŞ-a aid pilotsuz təyyarə ilə qətlə yetirilmişdi. Bu hadisədən sonra İran qırıcıları ABŞ-ın İraqda yerləşən hərbi bazalarını bombalamışdı.

DİGƏR XƏBƏRLƏR

Top