Çində COVID-19-a yoluxma halları yenidən artır


Çində yeni növ koronavirusa yoluxma halları artıb.
Yeniavaz.com
“worldometers”ə istinadla xəbər verir ki, Çində son sutka ərzində 12 nəfər yeni növ koronavirusa yoluxub. Nəticədə ölkədə ümumi yoluxma halları 83 min 512-yə çatıb.
Qeyd edək ki, dekabr ayında Uhan şəhərində başlayan COVID-19 pandemiyası Çində may və iyun ayının əvvəllərindən etibarən rekord həddə azalmışdı. Hətta iyunun ilk həftəsində gündəlik yoluma sayı 3-ə qədər enmişdi. Ayın 10-dan sonra isə Çində yoluxmalar yenidən yüksəldi və rəqəmlər gündəlik 30-50 arasında dəyişməyə başladı. Hazırda Çində koronavirusla mübarizə çərçivəsində görülən tədbilər davam edir.
Xatırladaq ki, bu günə qədər Çində 4 min 634 nəfər yeni növ koronavirus səbəbilə dünyasını dəyişib, 78 min 460 nəfər isə sağalaraq evə buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top