Məşhur cərrah Mərkəzi Gömrük Hospitalından ayrıldı - SƏBƏB

Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, transplantoloq, cərrah Mircəlal Kazımi xəstəxanadan ayrılıb.

Yeniavaz.com xəbər verir ki, bunu həkimin özü bildirib.

Onun sözlərinə görə, xəstəxanadan pandemiya səbəbindən ayrılıb: “COVİD-19 pandemiyası ilə əlaqədar olaraq, işlədiyim Mərkəzi Gömrük Hospitalı koronovirusdan əziyyət çəkən xəstələrin xidmətinə verilmişdir. Bununla əlaqədar, müvəqqəti olaraq fəaliyyətimizi Mərkəzi Klinika Xəstəxanasında (Bakı şəh. Parlament pr. 76 ünvanında) davam etdirirəm. Bu gün, fəaliyyətimizin 3-cü gününü Mərkəzi Klinika xəstəxanasında qaraciyər transplantasiyası ilə başladıq. Oğlunun donorluğu ilə uzun müddət qaraciyər sirrozundan əziyyət çəkən anaya komandamızla qaraciyər köçürdük. Əməyi keçən hər bir şəxsə təşəkkür edirəm!"

Qeyd edək ki, M.Kazımi 2008-ci ildən bu sahə üzrə çalışır.

DİGƏR XƏBƏRLƏR

Top