Bəzi koronavirus xəstələrində testlərin mənfi çıxmasının səbəbi AÇIQLANDI


Bəzi hallarda xəstələrdə koronavirus testlərinin mənfi çıxmasının səbəbi açıqlanıb..
Yeniavaz.com xəbər verir ki, Baş infeksionist Cəlal İsayev “Real İntervyu”ya verdiyi açıqlamada müəyyən koronavirus xəstələrində test nəticələrinin mənfi çıxmasının müxtəlif səbəbləri olduğunu bildirib: “Birincisi odur ki, test üçün material düzgün götürülməyib. İkincisi isə ola bilər ki, xəstədən test gec götürülüb və nəticədə proses daha aşağı şöblərə yayılıb, ağciyərlərə buzlu şüşə effekti özünü göstərir. Bu zaman yuxarı şöbələrdə virusun aşkarlanması az hallarda olur. Əgər xəstədə buzlu şüşə sindromu varsa, digər əlamətlər mövcuddursa onda tənəffüs darlığı özünü göstərir. Bu cür xəstələr koronavirus xəstəsi kimi müalicə edilir”.
 
 

DİGƏR XƏBƏRLƏR

Top