
Əfqanıstanda ABŞ hərbçilərinin öldürülməsi üçün “Taliban”a Rusiya pul ödənilməsi iddiası ilə bağlı Rusiya hökuməti açıqlama verib.
Yeniavaz.com “ria.ru”ya istinadla xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyi bəhs edilən iddianın yalan olduğunu açıqlayıb: “Bu məlumat tamamilə yalandır. Belə bir iddianın ortaya çıxması ABŞ kəşfiyyatının tərəfində olan bəzi şəxslərin intellektual səviyyəsinin nə qədər aşağı olduğunun əyani sübutudur”. Qeyd edək ki, “New York Times”da Rusiyanın xarici kəşfiyyat orqanı əməkdaşlarının “Taliban”a ABŞ əsgərlərini öldürməsi üçün yüksək məbləğdə pul verdiyini, bu barədə məlumatı “Taliban”nın ələ keçən üzvlərindən alıqları barədə xəbər yayımlanmışdı.
Tətbiqimizi yükləyə bilərsiniz