COVID-19 testi vermədiyi halda koronavirusa yoluxduğuna dair mesaj gəldi - Azərbaycanda


Azərbaycanda COVID-19 testi verməyənə şəxsə koronavirusa yoluxduğuna barədə SMS gəlib

Yeniavaz.com xəbər verir ki, bu barədə Fəxri Ağayev sosial şəbəkə vasitəsilə məlumat paylaşıb:
"“Operativ Qərargahdan şəxsi nömrəmə bir mesaj gəldi: “Hörmətli vətəndaş, Siz, COVID-19 diaqnozu ilə karantin nəzarətindəsiniz. Yaşayış yerinizi tərk etdiyiniz halda cinayət məsuliyyətinə cəlb ediləcəksiniz! Tel : 184".

Məsələnin maraqlı tərəfi odur ki, mən heç bir test verməmişəm. Buna ehtiyac da görməmişəm. SMS-də qeyd edilən “184” çağrı mərkəzinə zəng etdim”.

“Təsəvvür edin, belə bir mesaj alan insanın səbirsizliyini, gərginliyini, və iki dəqiqə uvertüra... Operativ olduqlarına görə, iki dəqiqə sonra cavab oldu. Cavan oğlana məsələni başa saldım. Qeydiyyatda olduğum rayonu soruşdu və məni oradakı poliklinikaya yönləndirdi. Telefondakı xanım dinlədi, və belə bir halın necə baş verdiyini məndən soruşdu. Dedim ki, mən sizdən niyə belə olduğunu soruşmaq üçün zəng etmişəm. Cavab olaraq bildirdi ki, adım siyahıda yoxdur. Mesajı mənə kim göndəribsə, ona müraciət edim.

Ümumi olaraq başa düşürəm ki, səhv olub. Amma düşünün, bu mesaj mənə deyil, 65 yaşlı test verən insanlardan birinə göndərilsəydi, necə olardı? O anda infrakt olsa..?!”

DİGƏR XƏBƏRLƏR

Top