ABŞ-da 3 nəfər antiseptik məhlul qəbul edərək ölüb


ABŞ-da üç nəfər gigiyenik vasitə içərək dünyasını dəyişib.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, eyni məhluldan qəbul edən daha 4 nəfər isə xəstəxanaya yerləşdirilib. Həkimlərin sözlərinə görə, onların ölümünə səbəb məhlulun içindəki metil spirti olub. Xəstəxanda olan digər xəstələrin vəziyyəti ağır qiymətləndirilib. Onlardan birinin isə görmə qabiliyyətini itirdiyi bildirilib.
Metanol spirtlərdə ən zərərli maddədir. tədricən insan bədənində oksidləşir, müxtəlif zəhərli maddələr meydana gətirir.                                                                                                        
Təxminən 5-10 ml ağır zəhərlənmə və ya korluğa, 30 ml isə insanın ölümünə səbəb ola bilər.
Qeyd edək ki, bu barədə məlumatı “KOAT” telekanalı Nyu Meksiko ştatının Səhiyyə Nazirliyinə istinadən yayıb.

DİGƏR XƏBƏRLƏR

Top