Koronavirus ağcaqanadlar vasitəsilə ötürülə bilər? - TƏDQİQAT

“Koronavirus infeksiyasının ağcaqanadlar tərəfindən insanlara ötürülməsi mümkün deyil”. 

İtaliya Milli Sağlamlıq İnstitutunun  mütəxəssisləri bu qənaətə gəlib.

Tədqiqat zamanı alimlər həşəratın çəkdiyi yoluxmuş qanın tərkibindəki virusun daha çox genişlənməyə və ötürülməsinə qadir olmadığını müəyyənləşdiriblər.

Bundan əlavə, elm adamları Ümumdünya Səhiyyə Təşkilatının hesabatına istinad edərək, qətiyyətlə bildiriblər ki, qan sovuran həşəratlar koronavirusun daşıyıcısı ola bilməzlər. Bu, yalnız adi ağcaqanadlara deyil, digər növdən olan ağcaqanadlara da aid edilib.//APA

DİGƏR XƏBƏRLƏR

Top