"Bəzi dərmanlar depolardan aptekə gətirilən kimi dərhal satılır" - SƏBƏB+VİDEO


Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə COVID-19 yoluxan şəxslərin ev şəraitində müalicəsəində istifadə edilən dərmanların adları açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bu məlumatın həqiqət olmadığı bildirilsədə, əməkdaşlırımızın apteklərdə apardığı müşahidələr zamanı həmin dərmanlara təlabatın artığı məlum olub. Hətta elə dərman var ki, çox satıldığından apteklərdə tapmaq mümkün olmur.

 Arbidol, Vitamin C və D, Azitromisin, Paracettamol və sairə. Son günlər Koronavirus infeksiyasına yoluxan şəxslərin ev şəraitində müalicəsi zamanı istifadə edilən bu dərmanların adı sosial şəbəkələrdə və müxtəlif kütləvi informasiya vasitələrində paylaşılır. Məsələni həm Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və apteklərlə araşdırdıq. Bir neçə aptekdə apardığımız müşahidə zamanı əvvəlcə məlum oldu ki, həqiqətən də adıçəkilən bu dərmanlara həddən artıq təlabat var.

Məsələn olduğumuz apteklərdə qiyməti 14-15 manat arasında dəyişən 200 milli qramlıq Arbidol dərmanının satışına rast gəlmədik. Əczaçılar bildirdi ki, koronovirus infeskiyası yayılandan bu dərman depolardan aptekə gətirilən kimi dərhal satılır. Yayılan məlumatlarda ev şəraitində bu virusun müalicəsində Vitamin C və D, Azitromisin, Ceftriaxon, 500 milliqramlıq Paracetamol və bir neçə dərmandan istifadə də qeyd olunur. Apteklərdə bu dərmanlara da təlabat var.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən ''Xəzər Xəbər''ə bildirildi ki, sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitəllərində koronovirus infeksiyasına yoluxan şəxslərin ev şəraitində müalicə olunması ilə bağlı istifadə edilən dərmanların adları hələ ki, ictimaiyətə açıqlanmayıb. Bu məlumat yaxın vaxtlarda koronavirusinfo.az saytında açıqlancaq.

DİGƏR XƏBƏRLƏR

Top