Hansı hallarda kompüter tomoqrafiyasından keçmək lazımdır? - VİDEO


Son aylar kompüter tomoqrafiya müayinəsinə müraciətlərin sayında artım var.
Bu da COVID - 19 infeksiyasının yayılması ilə bağlıdır.
Çünki koronavirusun bəzi əlamətləri məhz bu mayinə zamanı müəyyən olunur.
Bəs bu müraciətlərin artması qiymətə təsir edirmi? Ümumiyyətlə hansı hallarda kompüter tomoqrafiyasından keçmək lazımdır?

Pandemiyanın sürətlə yayılması fonunda ciyərlərini müayinə elətdirənlərin əksəriyyəti yaşı 40-dan yuxarı olanlardır.
Amma 20 yaşdan yuxarı gənclər arasında da bu müayinəyə müraciət edınlər çoxdur.
Radioloqların iddialarına görə, hətta COVİD 19 testi neqativ çıxsa belə, bəzən bu müayinə zamanı karonavirusa yoluxma diaqnozu qoyulan xəstələr də olur.
Həkim radioloq Səyyarə Hüseynova deyir ki, əslində pnevmaniya hər zaman olub. Lakin COVID 19-un kompüter tomoqrafiyasında görünüşü fərqlidir.
Kompüter tomoqrafiyaya müraciətlərin artması isə bu müayinənin qiymətlərinə təsir etməyib. Özəl klinikalarda bu xidmətin qiyməti elə əvvəlki kimi 100 manatdan başlayır.

DİGƏR XƏBƏRLƏR

Top