Klinikanın borca görə meyiti verməməsi qanunauyğundur? - Hüquqşünasdan AÇIQLAMA


“Bona Dea” Beynəlxalq Hospitalı tərəfindən 22 yaşlı Təbəssüm Məmmədovanın meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı anasının müraciətini təqdim etmişdik. Daha sonra səhiyyə müəssisəsi açıqlama vermiş və bunun mərhumun yaxınlarının xəstəxanaya olan borcundan qaynaqlandığını bildirmişdi. Bəs görəsən hər hansı bir maddi qarşılıq və ya müavilə, meyitin yaxınlarına verilməməsi üçün əsas ola bilərmi?
Məsələ ilə bağlı Yeniavaz.com-un sorğusuna cavab verən tanınmış vəkil və hüquqşünas Araz Yusifov bildirdi ki, heç nə meyitin yaxınlarına verilməməsi üçün əsas ola bilməz: “Xəstəxana meyiti verməlidir. Həmin o borc ödənilmədikdə, müqavilədə göstərilən şərtlərə uyğun olaraq məhkəmə qaydasında pulu tələb etməlidir. Pulun verilməməsi, meyitin verilməməsinə əsas kimi göstərilə bilməz, qanun buna imkan vermir. Amma pulun ödənilməsi müqavilənin şərtlərinə uyğun olmalıdır. Ödənilməzsə xəstəxana müqavilə bağlanan şəxsə qarşı məhkəmədə ittiham qaldıra bilər. Amma bunların heç biri meyitin verilməməsi üçün əsas ola bilməz”.

DİGƏR XƏBƏRLƏR

Top