Serbiyada ilk dəfə hicablı qadın millət vəkili seçildi


Serbiyada bazar günü keçirilən parlament seçkilərində Dr. Misala Pramenkoviç Serbiya parlamentinə seçilmiş ilk hicablı millət vəkili olub.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, son anketlərə görə, prezident Aleksandr Vusiçinin rəhbərlik etdiyi Serb Tərəqqi Partiyası (SNS) seçkilərdə 60 faiz səs çoxluğu ilə qalib gələrək, iqtidarı tək başına idarəetmə haqqını qazanıb. Bu seçkilər digər tərəfdən bəzi yeniliklərlə yadda qalıb. Belə ki, seçkilərdə iştirak edən Ədalət və Sülh Partiyasından Misala Pramenkoviç Serbiya parlamentində ilk hicablı millət vəkili seçilib.
Qeyd edək ki, parlamentdəki 250 yerdən 191-i hakim partiyanın payına düşüb.

DİGƏR XƏBƏRLƏR

Top