Azərbaycanın ən məşhur istirahət mərkəzinin 2,3 milyon vergi borcu var


Azərbaycanın ən məşhur istirahət mərkəzlərindən biri olan “Şahdağ Turizm Mərkəzi”nin dövlət büdcəsinə 2 milyon 353 min 3 manat 39 qəpik vergi borcu var.
Yeniavaz.com açıqlnan məlumatlara istinadən bildirir ki, “Şahdağ Turizm Mərkəzi”nin inşasına 2009-cu ilin sentyabrında başlanılıb.  “Şahdağ Turizm Mərkəzi” 2012-ci ildə istifadəyə verilib.
“Şahdağ Turizm Mərkəzi” Mədəniyyət və Turizm Nazirliyinin  tabeçiliyində olan Qapalı Səhimdar Cəmiyyət (QSC) kimi 25.12.2015-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 546 milyon 775 min 725 manat 5 qəpik olan “Şahdağ Turizm Mərkəzi” QSC-nin qanuni təmsilçisi Almaniya vətəndaşı Rodderix Mark Lefflerdir. Rodderix Mark  2018-ci ildə “Şahdağ Turizm Mərkəzi” rəhbər təyin olunub. Təyinat zamanı mətbuatda yazılıb ki, yeni rəhbərin otel biznesində böyük təcrübəsi var və aparıcı beynəlxalq mehmanxana şəbəkələrində işləyib.

DİGƏR XƏBƏRLƏR

Top