
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna əsasən Azərbaycanda ən yüksək hərbi rütbə general-polkovnik və ordu generalı rütbələridir.
Yeniavaz.com xəbər verir ki, indiyı kimi Azərbaycan ordusunda ordu generalı rütbəsi daşıyan heç kim olmayıb. Yalnız prokurorluq və ədliyyə orqanlarında tətbiq olunan həqiqi dövlət ədliyyə müşaviri rütbəsi ordu generalı rütbəsinə bərabər tutulur ki, bu rütbə də indiyə kimi 2 şəxsə - sabiq baş prokurorlar İxtiyar Şirinova və Əli Ömərova verilib. Bunlardan başqa heç kim ordu generalı rütbəsinı sahib olmayıb. Prokurorluq və ədliyyə orqanlarında tətbiq olunan 1-ci dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi isə general-polkovnik rütbəsinə bərabər tutulur.
Yeniavaz.com bugünə kimi Azərbaycanda general-polkovnik hərbi rütbəsi daşımış şəxslərin siyahısını təqdim edir:
- Müdafiə naziri, general-polkovnik Zakir Həsənov
- Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov
- Keçmiş Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov, Prezident yanında Təhlukəsizlik Şurasının katib
- Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov
- Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev
- Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundov
- Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Əyyubov
- Azərbaycanın sabiq milli təhlükəsizlik naziri, general-polkovnik Namiq Abbasov
- Azərbaycanın eks-müdafiə naziri, general-polkovnik Səfər Əbiyev
- Sabiq milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudov
- Dövlət Gömrük Komitəsinin keçmiş sədri, general-polkovnik Aydın Əliyev
- Sabiq Baş prokuror, general-polkovnik (I dərəcəli dövlət ədliyyə müşaviri) Zakir Qaralov
- Ədliyyə naziri, general-polkovnik (I dərəcəli dövlət ədliyyə müşaviri) Fikrət Məmmədov
- Sabiq Vergilər naziri, general-polkovnik (I dərəcəli dövlət vergi xidməti müşaviri) Fazil Məmmədov
- Müdafiə Sənayesi naziri, general-polkovnik Mədət Quliyev .
- Dövlət Gömrük Komitəsinin sədri, general-polkovnik Səfər Mehdiyev
- Azərbaycanda genereal-polkovnik rütbəsi daşıyan daha bir şəxs isə SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı Tofiq Ağahüseynov hesab olunur. 1923-cü ildə anadan olan Tofiq Ağahüseynov 2-ci dünya müharibəsinin iştirakçısı olub.
Məlumat üçün onu da bildirək ki, dünən Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Nəriman oğlu Mustafayevə də general-polkovnik hərbi rütbəsi verilib.
Qeyd edək ki, Prezidentin Sərəncamından sonra Azərbaycan tarixində general-polkovnik rütbəsi daşıyan şəxslərin sayı 18-ə yüksəlib.
A.Cəfərov