Türkiyədə nişan mərasimi keçirildi - 300 ev karantinə alındı


Türkiyədə keçirilən nişan mərasimi yeni növ koronavirusa yoluxanların artmasına səbəb olub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, virusa yoluxmuş Türkiyə vətəndaşı Hacı Göl bir neçə gün əvvəl yüksək hərarət və öskürək şikayətilə Kayseri Şəhər Xəstəxanasına müraciət edib. Xəstəxanada COVID-19 testindən keçirilən Gölün nəticələri pozitiv çıxıb. Hazırda müalicə olunan Gölün xəstəxanaya müraciətindən sonra məlum olub ki, onun yaşadığı məhəllədə nişan mərasimi keçirilib. Bundan sonra kənd sakinlərini COVID-19 testindən keçirilib. Kənd sakinlərinin əksəriyyətində testin nəticəsi pozitiv çıxdığından 300 ev karantinə alınıb. Hacı Göl, paylaşımındakı sözləri ilə insanları bir-birinə qarşı diqqətli olmağa, özlərini və ətrafdakı insanları təhlükədən qorumağa çağırıb.
Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top