Malaziyaya keçməyə cəhd edən onlarla arakanlının dənizdə öldüyü iddia edilir


Myanmadan və Banqladeşin cənubundakı qaçqın düşərgələrdən dəniz yolu ilə Malaziyaya keçməyə çalışan onlarla arakanlnıın öldüyü irəli iddia edilib.
Yeniavaz.com
“Milliyet”ə istinadən xəbər verir ki,  Malaziya Dəniz Qoruma Birliyinin (APMM) direktoru Zubil Mat Som, Lanqkavi adasını keçən və içərisində 269 arakanlı olduğu deyilən gəmidə, səfərin əvvəlində ən az 300 nəfərin olduğunu söyləyib.
Mohd Zubilin sözlərinə görə bəzi qaçqınların yolda öldüyü, bəzilərinin isə dənizə atıldığı bildirilib. Zubil, ümumiyyətlə neçə nəfərin dünyasını dəyişməsi ilə bağlı əllərində dəqiq bir rəqəmin olmadığını vurğulayıb.
Qeyd edək ki, Malaziyada 9 iyunda Lanqkavi adasına dəniz yolu ilə keçmiş 269 arakanlı qaçqın nəzarətə götürülüb. Hadisədən sonra Malayziya hökuməti Arakan qaçqınlarının dəniz yolu ilə Malayziyaya gəlməsinin qarşısını almaq üçün Banqladeşə müraciət edib.
Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top