Hande Harmancı: "Yaxşı bir xəbər, bir peyvənd…"


"Yaxşı bir xəbər, bir peyvənd, artıq sınağın son mərhələsindədir".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, 2020-ci ilin sonuna qədər bu peyvəndin əlçatan olması ümid edilir:
“Dünyada peyvəndlər üzərində hal-hazırda iş gedir. Ümumdünya Səhiyyə Təşkilatı klinik qiymətləndirmə üçün 10 peyvəndin üzərində iş aparır. 126 peyvənd isə pre-klinik qiymətləndirmə mərhələsindədir. Yaxşı bir xəbər, bir peyvənd, artıq sınağın son mərhələsindədir. Ümid edirik ki, 2020-ci ilin sonunə qədər dünyada həssas qruplar və tibb işçiləri üçün bu peyvənd əlçatan olabiləcək”.
Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top