
Türkiyənin Fəlakət və Təcili Yardım İdarəsi bu gün Vanda baş vermiş zəlzələ ilə bağlı informasiyanı təsdiqləyib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Vanda baş vermiş zəlzələnin gücü 5,4 bal olub.
Zəlzələ yerin təxminən 7 km dərinliyində qeydə alınıb. Vanın valisi Məhmət Əmin tərəfindən verilən məlumatda deyilir ki, zəlzələnin mərkəzi Vanın Özalp rayonu olub. Zəlzələnin hiss olunduğu yerlərin sakinləri bu barədə sosial şəbəkələrdə paylaşım edib. Zəlzələnin yenidən təkrarlanması təhlükəsi ilə bir çox insan evlərinə qayıtmaqdan imtina edib.