Oksigen balonlarının çatışmaması ölüm sayını artırır - ÜST-dən AÇIQLAMA


Ümumdünya Səhiyyə Təşkilatının direktoru koronavirusdan ölüm hallarının artma səbəblərindən danışıb.
Yeniavaz.com
“Sözcü”yə istinadən xəbər verir ki, ÜST-ün direktoru Tedros Qebreyesus açıqlamasında bir çox ölkədə oksigen balonu qıtlığının yaşandığını deyib. O, həmçinin bildirib ki, bu səbəbdən dünyada koronavirusdan ölənlərin sayı durmadan arta bilər.
Qebreyesus iclasda böyük silindirli oksigen balonuna gündəlik 88 min ədəd tələbin olduğunu, amma bunun təmin edilə bilməyəcəyini dilə gətirib. Bundan əlavə təşkilat rəhbəri bu balonların koronavirusa yoluxmuş xəstə üçün həyati önəm daşıdığını bildirib: “Oksigen silindirləri COVID-19 xəstələrinin tənəffüs yolu xəstəliyi üçün faydalıdır. 14 min oksigen silindri almışıq və gələn həftə 120 ölkəyə göndərəcəyik. Yaxın 6 ayda isə məbləği 100 milyon dolları təşkil edən təxminən 170 min oksigen silindri göndərə biləcəyik".
Koronavirusa yoluxma hallarının hər həftə təxminən 1 milyon artdığını xatırladan Qebreyesus, bu həftənin sonuna qədər bu rəqəmlərin 10 milyona çatacağını gözlədiklərini söyləyib.

DİGƏR XƏBƏRLƏR

Top