Beynəlxalq dərəcəli azərbaycanlı boks hakimi vəfat edib - FOTO


Azərbaycan boksuna itki üz verib. 
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, AİBA-nın hakimlik üzrə 3 ulduz kateqoriyasına daxil olan Mehman Mürsəlov 62 yaşında vəfat edib. 
O, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, dünya və Avropa birincilikləri, həmçinin bir sıra beynəlxalq turnirlərdə ədaləti qoruyub. Mehman Mürsəlov DİN İdman Cəmiyyətində məşqçi-müəllim kimi də çalışıb.
Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top