Bu gün daha 450 azərbaycanlı vətənə qayıdacaq

Bu gün 450 Azərbaycan vətəndaşı Rusiya Federasiyasının Dağıstan Respublikasının “Yaraq-Qazmalar” sərhəd keçid məntəqəsindən ölkəmizə qayıdacaq.

Yeniavaz.com xəbər verir ki, bununla bağlı razılıq iyunun 23-də Dağıstanın başçısı Vladimir Vasilyev və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev arasında telefon söhbətində əldə olunub. 

Qeyd edək ki, iyunun 23-də 250 azərbaycanlı vətənə qayıdıb.

DİGƏR XƏBƏRLƏR

Top