Rusiyada keçirilən paradda yeni nəsil təyyarələr nümayiş etdirildi – VİDEO


Rusiyanın paytaxtı Moskvada faşizm üzərində qələbənin 75 illiyinə həsr edilmiş parad baş tutub.
Yeniavaz.com “gazeta.ru”ya istinadla xəbər verir ki, Rusiyada 13 mindən çox hərbçinin iştirak etdiyi hərbi paradda  234 ədəd hərbi texnika, 75 təyyarə və helikopter nümayiş etdirilib. Paradda həmçinin, ilk dəfə olaraq Rusiya istehsalı olan son hərbi texnologiyanın 24 nümunəsi təqdim edilib. Onlar içərisində “Armata” və “Kurganets-25” piyada döyüş maşınları S-300B4 və S-350 zenit-raket sistemləri, T-90M və T-80BVM tankları, sahil raket sistemləri və yeni nəsil qırıcı təyyarələr diqqəti cəlb edib.

DİGƏR XƏBƏRLƏR

Top