Azərbaycanda daha bir müğənni koronavirusdan öldü - FOTO

Tanınmış müğənni Faiq Tapdıqoğlu (Ağbabalı) vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə publika.az məlumat yayıb. Məlumatda bildirilir ki, bir müddət əvvəl koronavirusa yoluxan sənətçinin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Faiq Tapdıqoğlu "Ağbaba" qrupunda fəaliyyət göstərirdi. O, Qərbi Azərbaycan folklorunun yaşadılmasında xidmətləri olan müğənni kimi, həmçinin el şənliklərinin mahir aparıcısı kimi tanınıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Xalq artisti Teymur Mustafayev də koronavirusun səbəb olduğu pnevmoniya səbəbindən vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top