İlham Əliyev Samuxda məcburi köçkünlər üçün inşa edilən yaşayış məhəlləsinin tikintisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Samux rayonuna səfərə gəlib.
Yeniavaz.com xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Samux şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Daha sonra Prezident Samux rayonunun ərazisində məcburi köçkün ailələri üçün inşa edilən yaşayış məhəlləsinin tikintisi ilə tanış olub.
Dövlət başçısına görülən işlər barədə məlumat verilib.

DİGƏR XƏBƏRLƏR

Top