Bugünkü imtahanların nəticəsi nə zaman bilinəcək? - DİM AÇIQLADI

Dövlət İmtahan Mərkəzinin (DİM) bu gün ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış (qəbul) imtahanlarının nəticələri və imtahan protokollarının və cavab vərəqlərinin emalına sabahdan başlanılacaq.

Yeniavaz.com xəbər verir ki, mərkəzdən 9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələrinin yaxın 5 gün ərzində elan olanacağı açıqlanıb.

11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top