İngiltərədə bu tarixdən etibarən kafe və restoranlar açılır


Dünyada kütləvi ölümlərə səbəb olan COVİD-19 pandemiyasının səbəbilə qoyulan bəzi qadağalar götürülür.
Yeniavaz.com
“Reuters”ə istinadla xəbər verir ki, böyük səhiyyə orqanları yeni növ koronavirusun ikinci dalğa riski barədə İngiltərəyə xəbərdarlıq ediblər. Bildirilib ki, karantin qaydalarının yumşaldılması ölüm və yoluxmaların daha da artmasına səbəb ola bilər. Ölkənin baş naziri Boris Conson isə ikinci dalğa ehtimalına inanmadıqlarını və 4 iyuldan etibarən İngiltərədə bir çox qadağaların götürüləcəyini bildirib. Həmin tarixdən etibarən, Birləşmiş Krallıqda otellər, restoranlar, kafelər və digər yerlərin fəaliyyəti bərpa ediləcək.
Qeyd edək ki, İngiltərədə son 24 saatda 280 yeni ölüm halı, 921 yoluxma qeydə alınıb. Ümumilikdə isə ölkədə 42 min 927 nəfər COVİD-19 səbəbilə dünyasını dəyişib, 306 min 210 nəfər isə həmin xəstəliyə yoluxub.

DİGƏR XƏBƏRLƏR

Top