Razi Nurullayev: "İnsanları inzibati yolla nəyəsə məcbur edəndə alınmır" - VİDEO


"Hər bir kəsin şəxsi, fərdi məsuliyyəti var. Hər bir Azərbaycan ailəsi öz yaxınlarına, əzizlərinə görə məsuliyyət daşıyır və buna görə də, onların həyatını qorumalıdır. İnsanları inzibati yolla nəyəsə məcbur edəndə alınmır".

Yeniavaz.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev AzTV-nin efirində deyib.

O, bildirib ki, Azərbaycanda ortada qətiyyətli mövqe vardı və ən az yoluxma sayı olan ölkələr sırasında idi:

“Lakin birinci karantin dövründən sonra qəbul edilən yumşaldılmalarda yoluxma sayı artmağa başladı. Bunun məsuliyyəti həm də vətəndaşın üzərinə düşür. Çünki mən bir neçə dəfə iri ticarət mərkəzlərində oldum və gördüm ki, insanlar maskadan düzgün istifadə etmirlər. Onlar tənəffüs yollarını örtməkdənsə, maskanı çənə altında saxlayırlar”.


İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top