İngiltərədə maraqlı araşdırma - Uşaq ana bətnində virusa yoluxa bilər, ancaq...


İngiltərədə 427 hamilə qadın üzərində aparılan araşdırmada virüsun ana bətnində olan uşağa keçdiyi, ancaq bəzi uşaqlarda virusa qarşı antikor əmələ gəldiyi bildirilib.
Yeniavaz.com
xəbər verir ki, İngiltərədə Kraliyət Qadın Doğum və Genekologiya Universitetinin (Royal College of Obstetricians and Gynecologists) mütəxəssisləri ölkədəki hamilə qadınlar üzərində araşdırma aparıb. Dr. Patrik Obriyenin başçılıq etdiyi araşdırma qrupunda yer alan mütəxəssislər koronavirusa yoluxmuş analardan dünyaya gələn çox az körpənin kənar ünsürlər tərəfindən mövcud xəstəliyə yoluxduğunu bildirib. Əvvəllər isə bunun əksi sübut olunmağa çalışılırdı.
Elm adamları, bədənin ilk yoluxduğu zaman meydana gətirdiyi “IgM” antikorlarının, göbək bağı vasitəsi ilə anadan uşağa ötürülmədiyini, amma körpənin bunu öz başına qəbul etdiyini ifadə edib.
Obriyen, İngiltərədəki Obstetrik Müşahidə Sisteminin (UKOSS) araşdırmasının nəticələrinin ürək açan olduğunu və ana və uşaqlarda virusa yoluxma faktının artmadığını deyib.
Aygün Zayıdova

DİGƏR XƏBƏRLƏR

Top