Rusiya koronavirusa görə təkcə uşaqlara 7 milyard manat yardım edəcək - VİDEO


Rusiya prezidenti Vladimir Putin yeni növ koronavirus pandemiyasına görə, növbəti yardım planını açıqlayıb.
Yeniavaz.com
“Rossiya 24”ə istinadla xəbər verir ki, Putin COVİD-19 səbəbilə iyul ayında 16 yaşına qədər olan hər bir vətəndaşa 10 min rubl (247 manat) yardım ediləcəyini açıqlayıb. Prezident bildirib ki, hazırda Rusiyada bu yaş aralığında təxminən 28 milyon uşaq var. Bu isə təkcə iyul ayında 16-yaşa qədər olan uşaqlara dövlət tərəfindən verilən yardımın təxminən 7 milyard manat olacağını göstərir.

DİGƏR XƏBƏRLƏR

Top