Bu ölkədə məhkəmə qərarı ilə prezidentin maska taxması məcburi oldu


Braziliyada prezidentin maska taxması məcburi oldu.
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, Braziliya məhkəməsi COVİD-19-u “kiçik qrip” adlandıran ölkə başçısı Jair Bolsonaronun məcburi maska taxması üçün qərar qəbul edib. Yeni qərara görə, Bolsonaro ictimai yerlərdə maska taxmasa 2 min real (659 manat) cərimə ediləcək. Qeyd edək ki, hazırda Braziliyanın paytaxtında bütün ictimai yerlərdə maska taxmaq məcburidir. Həmin ölkədə son 24 saatda 1364 nəfər koronavirus səbəbilə dünyasını dəyişib. Nəticədə ümumi ölənlərin sayı 52 min 771-ə çatıb. Yoluxanların sayı isə son sutkada 40 min 131 nəfər artımla 1 milyon 151 min 479-a çatıb.

DİGƏR XƏBƏRLƏR

Top