Dərsliklərə erkən və qohum evliliklərinin mənfi nəticələrinə dair mövzular salınacaq- QƏRAR

9-11-ci siniflər üçün nəzərdə tutulmuş dərsliklərə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair mövzular daxil ediləcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsəsdovun imzaladığı  “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında qərarda deyilir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi:

1. 9-11-ci siniflər üçün nəzərdə tutulmuş dərsliklərə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair mövzular daxil edir;

2. təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsini təşkil edir;

3. maarifləndirici və metodoloji vəsaitlərin dərc edilməsini təşkil edir;

4. erkən nikahın və qohumlar arasında nikahın gənclərin həyat və sağlamlığına təhlükəsi barədə valideynlər arasında təbliğat işini təşkil edir;

DİGƏR XƏBƏRLƏR

Top