İki hakimə töhmət verildi, 5-i barəsində intizam icraatı başlanıldı

Məhkəmə-Hüquq Şurasının bu gün keçirilən növbəti iclasıında xüsusi karantin rejiminin, hakimlərin etik davranış qaydalarının tələblərinin pozulmasına görə Saatlı Rayon Məhkəməsinin sədri İxtiyar Abuşova, qanunvericiliyin tələblərini pozduğuna görə Mingəçevir Şəhər Məhkəməsinin hakimi Ələkbər Hüseynova töhmət verilib.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 5 hakim, o cümlədən korrupsiyaya və qeyri-prosessual münasibətlərə şərait yaradan hallara yol verdiklərinə görə 2 məhkəmə sədri barədə intizam icraatı başlanılıb. (Report)

DİGƏR XƏBƏRLƏR

Top