Türkiyədə şiddətli fırtına başladı, müxbir canlı efirdə xəsarət aldı - VİDEO


İstanbulda fırtına və dolunu canlı efirdən izləyicilərə təqdim edən “A Haber” agentliyinin müxbiri çəkiliş vaxtı çətin anlar yaşayıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, güclü fırtınanın təsiri ilə ağacdan qopan budaq, canlı efirdə baş vermiş sel fəlakət ilə bağlı məlumat verən müxbirin başına düşüb. Nəticədə Melis Coşan başından yaralanıb.
Artıq bir neçə gündür insanlar Türkiyədə baş verən təbii fəlakətin nəticələrindən əziyyət çəkir. Anadolu tərəfində başlayan yağıntılar bir müddət sonra Avropa tərəfində də təsirini göstərib. Vətəndaşlar, Beşiktaş Meydanında və Beşiktaş körpüsündə qəfil yağan yağış səbəbiylə damların altına sığınıb. Yağış sularının əmələ gətirdiyi sel önünə gələn əşyaları yollarda sürükləməyə başlayıb. Güclü yağış nəticəsində yollarda əmələ gələn göllər, Beşiktaş və Üsküdarda nəqliyyat vasitələrinin gediş-gəlişini çətinləşdirdiyindən yollarda tıxaclar yaranıb.
Qeyd edək ki, İstanbulun üstünü gələn qara buludlar dronlar vasitəsilə qeydə alınıb.

 
 

DİGƏR XƏBƏRLƏR

Top