Səudiyyə Ərəbistanı bu şəxsi axtarır - Əlində hökumətə qarşı vacib sənədlər var


Vəliəhd şahzadə Məhəmməd bin Salmanın ölkədə ən vacib şəxslərdən sayılan Saad Əl Cəbrini axtardığı bildirilib.
Yeniavaz.com
"Reuters"ə istinadla xəbər verir ki, Saad Əl Cəbri uzun illər Səudiyyə Ərəbistanının kəşfiyyat orqanlarında yüksək vəzifədə çalışıb. Verilən məlumatlara görə, həmin şəxsin əlidə ölkənin bir çox vəzifəli şəxsi haqqında vacib sənədlər var. Bəzi mənbələr Cəbrinin həmin sənədlər vasitəsilə Səudiyyə Ərəbistanı hökumətinə qarşı əsaslı iddihamlar irəli sürə biləcəyini bildirib. Məhəmməd bin Salman onu dəfələrlə həbs etməyə çalışsa da buna müvəffəq ola bilməyib. Hazırda Saad Əl Cəbrinin 21 yaşlı oğlu Ömər və 20 yaşlı qızı Sara saxlanılıb, özünün isə Kanadaya qaçdığı deyilir. 

DİGƏR XƏBƏRLƏR

Top