Qaradərililər ağ dərililərə nisbətən 4 qat çox COVID-19-a yoluxur


ABŞ hökuməti ölkə ərazisində yeni növ koronavirusa yoluxma hallarına görə qaradərililərin ağbəniz insanlara nisbətən xəstəxanaya daha çox müraciət etdiyini açıqlayıb.
Yeniavaz.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın Milli Tibbi Sığorta Proqramının “Medicare və Medicaid” Xidmət Mərkəzləri tərəfindən açıqlanan məlumatda, COVID-19-un sürətlə artmasından sonra virusdan ən çox afro-amerikalıların  və latın amerikalıların təsirləndiyi bildirilib.
ABŞ-da 1 yanvar-16 may tarixləri arasında 325 min insana yeni növ koronavirus diaqnozu qoyulub. Onlardan təxminən 110 mini xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlər arasında hər 100 mindən 465-i qaradərililərin, hər 100 mindən 123-ü isə ağ dərililərin payına düşüb. Hər 100-mindən 258-i ispanların payına düşüb.
Bundan əlavə, böyrək çatışmazlığından əziyyət çəkənlərin irqi, etnik və yoxsulluq kimi amillərdən daha çox COVID-19 səbəbiylə xəstəxanaya yerləşdirilməsi faktı diqqət çəkib.

DİGƏR XƏBƏRLƏR

Top