Türkiyədə edilən bu əməliyyatların 77 faizində həkim xətası AŞKARLANDI


Türkiyə Ədliyyə Nazirliyinin nəzdində yerləşən tibbi ekspertiza qrupunun Türkiyə parlamentinə göndərdiyi piylənmə əməliyatları ilə bağlı hesabatda son iki ildə həyata keçirilən və ölümlə nəticələnən 34 əməliyyatda həkimlərin xətası açıq şəkildə özünü göstərib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, hesabata daxil edilmiş 22 şikayət faktından 17-nin (77 faiz) həkim xətası nəticəsində baş verdiyi bildirilib.
Bu şikayətlərdə pasientlərin yaş qrupları 22-70 yaş aralığını təşkil edib. Əməliyyatların 12-si özəl xəstəxanalarda, 10-u isə dövlət xəstəxanalarında icra edilib.
Hesabatda 9-u qadın olmaqla qeydə alınmış faktlarda orta yaş həddi 34, ən aşağı yaş həddi 31, en yuxarı yaş həddi isə 44 yaş olduğu bildirilib.
Şikayətlər arasında 9-u mədəyə boru yerləşdirilmə, 2-si əvvəllər piylənmədən əməliyyat olunma (gastrik bypass), 1-i isə mədə kiçiltmə (gastrik plikasyon) faktları yer alıb.

DİGƏR XƏBƏRLƏR

Top